“Real Madrid”in türkiyəli yarımmüdafiəçisi Arda Gülər zədələnib. Yarımmüdafiəçi ayaq əzələsindən xəsarət alıb.
21 yaşlı futbol”unun mövsümün qalan hissəsində Madrid təmsilçisinə kömək edə bilməyəcək. Ancaq Türkiyə millisinin üzvü iyunda start götürəcək dünya çempionatına qədər hazır olacaq.
Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində meydana çıxdığı 50 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.












