Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir. Bu gün Azərbaycanın iki qadın güləşçisi xalçaya çıxıb
57 kq-da Jalə Əliyeva 1/8 finalda almaniyalı Amori Andriçə qalib gəlib. Ardınca o, Findalandiyadan enna Hemyaeni mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Əliyeva burada türkiyəli Elvira Süleymanla üzləşəcək.
65 kq-da yarışan Birgül Soltanova isə 1/4 finalda rumıniyalı Krista İntseni məğlub edib. Onun yarımfinaldakı rəqibi Alina Kasabiyeva (UWW) olacaq.
62 kq-da Ruzanna Məmmədova ilk mərhələdə İlona Prokopevnyuku (Ukrayna) keçsə də, növbəti etapda Amina Tandelovaya (UWW) uduzub.
Bu gün digər qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qarşılaşmasına çıxacaq.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.












