Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

İlk oyun günündə son çempion “Sabah” “Gəncə”ni qəbul edib. Bakı İdman Sarayında baş tutan matç “bayquşlar”ın 96:67 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları üzləşəcəklər. İki qələbəyə çatan tərəf finala yüksələcək.