Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda daha iki Azərbaycan boksçusu mübarizəyə qoşulub.

55 kq-da yarışan Zidan Hümbətov 1/16 finalda uruqvaylı Aqustin Susloaqanı məğlub edib. O, aprelij 23-ü baş tutacaq növbəti görüşdə İspaniyadan Rafael Lozano Serrano ilə qarşılaşacaq.

90 kq-dan artıq çəkidə Məhəmməd Abdullayev 1/8 finalda polşalı Yakub Domuraddan üstün olub. Abdullayev növbəti etapda Xorvatiya təmsilçisi Luka Pratljaçiçlə görüşəcək. Döyüş aprelin 24-nə təyin edilib.