Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İlk oyun günündə “Sabah” “Gəncə” ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçında sabah “Abşeron Lions” və “Neftçi” qarşılaşacaqlar.