Azərbaycanın akademik avarçəkənləri 24-26 aprel tarixlərində İtaliyada keçiriləcək “Paolo De Aloya” xatirə turnirinə qatılacaqlar.
Beynəlxalq yarışda ölkəmizi üç idmançı təmsil edəcək. Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev medallar uğrunda yarışacaqlar.
Komandaya akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozov rəhbərlik edəcək.














