Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı start götürüb. İlk yarış günündə Azərbaycanın 2 yunan-Roma güləşçisi yaımfinala adlayıb. 87 kq-da İslam Abbasov polşalı Arkadiuş Kuliniçə qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə Norveçdən Eksos Mukubudan üstün olub.
130 kq-da yarışan Beka Kandelaki isə əvvəlcə yerli idmançı Qriseldi Kodrunu, ardınca almaniyalı Yello Kramerini məğlub edərək yarımfinala adlayıb.
Digər güləşçilərimizdən 55 kq-da Rəşad Məmmədov 1/4 finalda Emin Səfərşayevə (UWW) məğlub olubsa, 63-də Ziya Babaşov eyni etapda türkiyəli Kerem Kamal səddini keçə bilməyib. 77 kq-da Sənan Süleymanov ilk qarşılaşmasında Şuai Məmmədovu (UWW) üstələsə də, 1/4 finalda macarıstanlı Robert Fritsşə uduzub.














