Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə aparacaq.

Yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatı

100 kq, 1/16 final

Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

+78 kq, 1/16 final

Madina Kaisinova – Elis Startseva (Rusiya)

Xatırladaq ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.