Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu finalda ev sahibi Laşa Şavdatuaşviliyə uduzub.
Bununla da o, karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb. Millinin lideri həmçinin 4 qat Avropa çempionudur.
Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.














