Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq. Bu yığmamız üçün bir ilk olacaq. Seçməmiz B qrupunda Niderland, İsveç, Slovakiya və Lüksemburq komandaları ilə yarışacaq. Azərbaycan ilk oyununu avqustun 20-si İsveçə qarşı keçirəcək.