24-25 aprel tarixlərində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu Azərbaycan çempionatı keçiriləcək.

Ölkə birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirdə müxtəlif yaş kateqoriyaları üzrə idmançılar müxtəlif proqramlar üzrə medallar uğrunda mübarizə aparacaqlar.