Misli Premyer Liqasında XXVII turun daha iki görüşü keçirilib.
“Qarabağ” səfərdə “Şamaxı”nın müqavinətini qıra bilməyib – 0:0. Çempionluq uğrunda yarışan digər bir komanda “Sabah” “Zirə” ilə 2:2-lik heç-heçə edib. “Neftçi” isə evdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
Turnir cədvəlinin lideri “Sabah”ın 66 xalı var “bayquşlar” ikinci “Qarabağ”ı 10 xal qabaqlayır. “Turan Tovuz” 49 xalla üçüncüdürsə, “Zirə” qərb təmsilçisindən 5 xal geri qalır. 43 xallı “Neftçi” ilk beşliyi tamamlayır.
Çempionatda XXVII tura sabah baş tutacaq “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.


















