Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 4-cü tur geridə qalıb.

Təmsilçilərimizdən Read Səmədov və Şahin Vəliyev qələbə qazanıblarsa, Aydın Süleymanlı, Nicat Abasov, Xəzər Babazadə və Ümid Aslanov rəqibləri ilə heç-heçə ediblər. Məhəmməd Muradlı, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Xaqan Əhməd və Əli Züqanov isə məğlub olublar.

Hazırda zəka ustalarımız arasında ən yaxşı nəticə 3,5 xalla müvafiq olaraq 10 və 13-cü yeri tutan Aydın Süleymanlı və Nicat Abasova məxsusdur. Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarətdir və yekunda ən yaxşı nəticəni göstərən 20 şahmatçı 2027-ci il Dünya Kubokuna vəsiqə əldə edəcək.