Bu gün Misli Premyer Liqasında XXVII tura start veriləcək. İlk oyunda “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək.
Cari mövsümdə yalnız qərb təmsilçisini üstələyən Aran klubu 24 oyundur qalib gəlmir. Elitada qalmaq üçün son ümidlərindən istifadə etməyə çalışan Füzuli Məmmədovun kollektivi mütləq qalib gəlməlidir.
Yevlax şəhər stadionunda keçiriləcək matçın start fitini saat 15:30-da Nicat Ismayıllı səsləndirəcək.
















