UEFA Avropa Liqasında ¼ final mərhələsinin ilk görüşlərinə yekun vurulub. Ötən gün 3 qarşılaşma keçirilib.
“Frayburq” doğma meydanda “Selta”ya şans tanımayıb. Favoritlərdən “Aston Villa” səfərdə “Bolonya”nı 3:1 məğlub edib.
“CBC Sport”la canlı yayımlanan “Portu” – “Nottinqem Forest” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Mərhələnin cavab qarşılaşmaları aprelin 16-sı təşkil ediləcək.













