3×3 qadın basketbol millimizin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki rəqibləri bəlli olub. Komandamız B qrupunda mübarizə aparacaq. 23-24 avqustda Bakıda keçiriləcək turnirdə seçməmiz B qrupunda Çexiya və Filippin ilə yarışacaq. Komandamız qrupda ilk oyununu avqustun 23-də saat 18:30-da Çexiyaya, ikinci görüşünü isə saat 20:10-da Filippinə qarşı keçirəcək. Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.














