Poşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı davam edir. Turnirdə Azərbaycandan 14 zəka ustası çıxış edir.

Qitə birinciliyinin 2-ci turunda təmsilçilərimizin duelində son ölkə çempionu Məhəmməd Muradlı Şahin Vəliyevi məğlub edib. Bununla yanaşı, Nicat Abasov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Xəqan Əhməd də görüşlərini qalibiyyətlə bitiriblər.

Gövhər Beydullayeva, Əli Züqanov, Ümid Aslanov heç-heçə edibsə, Vüqar Manafov və Süleyman Süleymanlı uduzub. Keçirdikləri iki partiyadan sonra Muradlı, Aydın Süleymanlı, Abasov, Səmədov və Babazadənin aktivində 2 xal var.

Dünya Kubokuna vəsiqə verən Avropa çempionatı 11 turdan ibarətdir və aprelin 19-da yekunlaşacaq.