Bu gün qadın voleybolçuların Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
İlk oyunda “Gəncə” “Turan”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə bitib.
“DH Volley” isə “Milli Aviasiya Akademiyası” ilə dueldə inamlı qalibiyyət əldə edib – 3:0 (25:22, 25:19, 25:19).
Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir və əgər bu matçlardan sonra bərabərlik qeydə alınarsa, finalçını “qızıl set” müəyyənləşdirəcək.














