Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.

“Paris-2024” Yay Olimpiya Oyunlarında qazanılan Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

Mərasimdə hər iki idmançıya mükafatları rəsmi şəkildə təqdim olunacaq. Qeyd edək ki, tədbir sabah, saat 12:00-da MOK-un inzibati binasında baş tutacaq.