UEFA Çempionlar liqasında 1/4 final mərhələsinə start verilib.

“CBC Sport”la canlı yayımlanan matçda “Bayern Münhen” səfərdə “Real Madrid”i 2:1 hesabı ilə məğlub edib. Beləliklə, Bavariya klubu 25 il sonra “Bernabeu”da qələbə qazanıb.

“Sportinq”in qonağı olan “Arsenal” isə 1:0-lıq qalibiyyətə sevinib.

Tərəflərin cavab oyunları aprelin 15-i baş tutacaq.