Bakıda təşkil olunan boks üzrə ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.
Beşinci yarış günündə Azərbaycan millisinin 11 üzvü adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə üzləşəcək.
Yarımfinalda mübarizəni dayandıran Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə bürünc medala sahib çıxıblar. Qadınların mübarizəsində isə Günel Rəhimova və Emili Rzayeva 3-cü olub.
Turnirində final döyüşləri bu gün saat 13:00-da başlayacaq.












