Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçən çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununa çıxıb.

Yığma komanda Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığması ilə qarşılaşıb və 8:5 hesablı qələbə qazanıb. Seçməmizdən Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də baş tutacaq.