Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının ilk pley-off matçına təyinat alıb. 37 yaşlı referi Ukraynanın “Polissya” və “Fiorentina” arasındakı matçın baş hakimi olacaq. Ona yan hakimlər Zeynal Zeynalov, Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Matçın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) təyin edilib. Qeyd edək ki, oyun avqustun 21-i Slovakiyanın Preşov şəhərindəki “Tatran” stadionunda keçiriləcək.