Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda oyun keçiriləcək.

Saat 19:00-da “Aznur” “Sumqayıt”la üz-üzə gələcək.

Final matçı isə saat 20:30-da star götürəcək. Həlledici qarşılaşmada “Zirə” “Birbaşa Bakı” ilə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki görüş Bakı Tennis Akademiyasında reallaşacaq.