Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.

İlk olaraq iki qarşılaşma keçiriləcək.

“Turan” doğma meydanda “Murov Az Terminal”ı qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək.

Saat 18:00-da isə “DH Volley” “Azərreyl”lə münasibətlərə aydınlıq gətirəcək. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

“Turan” və “DH Volley” ilk matçlarda inamlı qələbə qazanıblar – 3:0.

Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.