Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində keçiriləcək “Grenke” şahmat festivalında iştirak edəcək.

Ənənəvi beynəlxalq yarış aprelin 2-6-sı aralığında baş tutacaq.

Qeyd edək ki, yarışda həmçinin Sabiq dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.