İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo “Uokinq” komandasının baş məşqçisi təyin olunub.

Bu barədə V divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu daha əvvəl “Tottenhem” akademiyasında məşqçi kimi çalışıb.

Xatırladaq ki, Defo futbolçu karyerası ərzində “Tottenhem”, “Vest Hem” və “Bornmut” kimi klubların formasını geyinib.