Cənubi Koreya çempionatında 26-cı turun oyunları keçirilir. Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Tejon” səfərdə “Kvancu” ilə qarşılaşıb. Görüş ev sahiblərinin 0:2 hesablı qələbəsi ilə bitib. Krivotsyuk matça start heyətində başlayıb və sona qədər meydanda qalıb. Qeyd edək ki, “Tejon” 42 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Dünya futbolu Krivotsyuk oynadı, komandası məğlub oldu














