“Formul 1” üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşib.

Suzuka aerodromunda baş tutan yarışda “Mersedes”in pilotu Kimi Antonelli finişə hamından tez çatıb. 19 yaşlı italiyalı bundan əvvəlki Çin yarışının da qalibi olmuşdu. “Maklaren”dən oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekrer isə üçüncü yeri tutub.

Hazırda Antonelli ümumi turnir cədvəlinə rəhbərlik edir. O, bunu bacaran ən gənc sürücüdür. Mühəndislərin yarışında isə “Mersedes” liderdir.

Növbəti turnir ABŞ-nin Mayami şəhərində baş tutacaq və mayın 3-ü başlayacaq.