Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ilk oyununu keçirib.
Seçməmiz Sent Lüsiya ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib – 6:1.
Bununla da milli tarixinin ən böyük hesablı qalibiyyətini əldə edib.
Qeyd edək ki, Azərbaycan martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.

















