Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatı-2027-nin seçmə mərhələsində növbəti oyunun keçirib.
B qrupunda yer alan seçməmiz 6-cı tur çərçivəsində Portuqaliyanı qəbul edib. “Palms Sports Arena”da baş tutan görüş rəqibin 4-0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, hazırda U-21 millimiz 5 xalla 6 kollektiv arasında 5-cidir.


















