Aprelin 2-5-i aralığında kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək.
Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunacaq turnirin proqramına əsasən, aprelin 2-də idmançıların rəsmi sınaq atışları və məşqləri olacaq, aprelin 3-ü və 4-də isə əsas yarışlar baş tutacaq.
Bakı Kubokunun qalibləri aprelin 5-də müəyyənləşəcək. U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi dəqiq vurmada məharətlərini göstərəcəklər.
Olimpiya sistemi ilə hesablanacaq nəticələrə əsasən, fəxri kürsüdə yer alan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.














