Aprelin 16-19-u aralığında Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Artıq yarışa qatılacaq Azərbaycan milli komandasının ilkin heyət müəyyənləşib.
Bu siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib. Bunlar Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinovadır (+78 kq).
Qeyd edək ki, yığmanın yekun heyəti yarışa bir həftə qalmış bəlli olacaq.














