Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

O, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının təsnifat mərhələsinin oyunlarını idarə edəcək.

Təcrübəli hakim turnirin ikinci etapının C qrupunda Serbiya, Avstfiya, Çexiya və Slovakiya seçmələri arasındakı görüşlərdə ədaləti qoruyacaq.

Qeyd edək ki, turnir martın 26–dan 28-dək Serbiyada təşkil olunacaq.