“Liverpul”un misirli hücumçusu Mohammed Salah mövsümün sonunda komandadan ayrılacaq.

Mersisayd klubu futbolçunun daha bir illik müqaviləsinin olmasına baxmayaraq, onun azad agent kimi getməsinə razılıq verib.

Salah bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yayımladığı videomüraciətində bildirib:

“Bu klubda mənimlə olan hər kəsə, xüsusən hazırkı və keçmiş komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Azarkeşlər karyeramın ən yaxşı dövründə mənə inanılmaz dəstək verdilər və mən bunu heç vaxt unutmayacağam. Ayrılmaq heç vaxt asan olmur. Siz mənə həyatımın ən yaxşı anlarını yaşatdınız və bu klub həmişə mənim evim olacaq”.