17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib. Bu ölkənin Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda baş tutan görüş 1:1-lik heç-heçə ilə bitib. Azərbaycan yığmasının qolunu 39-cu dəqiqədə penaltidən Əli Bəşirov vurub.

Qeyd edək ki, U-17 seçməmiz digər oyunlarında martın 27-də Litva, 30-da isə Malta ilə qarşılaşacaq.