Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən Açıq Yaz Kubokunda iştirak ediblər.

Ümumi kateqoriyada Süleyman İsmayılzadə , Fərhad Şirməmmədli isə 2010-cu il və daha kiçik yaş qrupunda ən yaxşı nəticəyə imza ataraq, xüsusi kuboklara layiq görülüblər.

Mehri Əbdurəhmanlı 50 metr məsafəyə arxasıüstə, Süleyman İsmayılzadə isə 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni Azərbaycan rekorduna imza atıblar.

Anastasiya Qnusina 7 qızıl və 4 gümüş, Fərhad Şirməmmədli 3 qızıl, 4 gümüş və 1 bürünc, Süleyman İsmayılzadə 3 qızıl, 1 gümüş və 1 bürünc, Mehri Əbdurəhmanlı 2 qızıl, 4 gümüş və 1 bürünc, Safiya Səmədova 2 qızıl, 3 gümüş və 1 bürünc, Mehdi Muxtarlı 1 qızıl, 1 gümüş və 1 bürünc, Yusif Sofiyev 2 gümüş və 4 bürünc, Arif Tapdıqov isə 1 bürünc medala sahib çıxıblar.