Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu etapda 5-ci liqa təmsilçisi “RSV Ayntraxt”la qarşılaşıb. Görüş “qırmızı şeytanlar”ın 7-0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə çıxan və görüşün sonuna kimi meydanda qalan Emreli 15-ci dəqiqə komandasının ikinci qolunu vurub. Bu, onun yeni komandasında rəsmi oyunlarda ilk qolu olub.
Dünya futbolu Mahir Emreli Almaniya kubokunda qol vurdu














