İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.

Turnirin 66-cı mövsümünün finalında “Mançester Siti” və “Arsenal” qarşılaşıb.

“Uembli” stadionunda baş tutan matçda Niko O’Raylinin vurduğu qollarla 2:0 qalib gən “Mançester Siti” tarixində 9-cu dəfə bu titula yiyəlib. Pep Qvardiolanın rəhbərliyində isə 5-ci liqa kubokudur.

Sözügedən yarışda sonuncu dəfə 1993-cü ildə qalibiyyət əldə edən “Arsenal” isə bundan sonra dördüncü dəfə həlledici matçda uduzub.