Almaniyanın “Borussiya” komandası yarımmüdafiəçisi Emre Canla müqavilənin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı Türkiyə əsilli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.

Emre Can 2020-ci ilin yanvar ayından bəri “Borussiya”da çıxış edir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə 16 oyun keçirib və 3 qol vurub.

Qeyd edək ki, o, Bundesliqanın XXIV turunda “Bayern Münhen” ilə matçda (2:3) sol dizindən ciddi zədə alıb.