UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsilçimiz “Qarabağ”ın “Ferentsvaroş”a qarşı Macarıstanda keçiriləcək ilk oyununun hakimləri açıqlanıb. Oyunda ədaləti Portuqaliyadan olan hakimlər briqadası qoruyacaq. Qarşılaşmanın baş hakimi Joau Pineyru olacaq. Ona köməkçi hakimlər Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya yardım edəcəklər. Klaudiu Filipe Ruivo Pereyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, matç avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.


















