Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.
İlk olaraq “Zirə” “Karvan-Yevlax”ın qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. Cari mövsüm avrokuboklara vəsiqəni hədəfləyən “Zirə” 39 xalla 5-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi 8 xalla sonuncu – 12-ci sıradadır.
Günün ikinci görüşündə “Sabah” “Sumqayıt”ı qəbul edəcək. Matç “Bank Respublika Arena”da, saat 19:15-də başlayacaq. Bakı klubu 59 xalla liderdir. “Gənclik şəhəri” təmsilçisi 32 xalla 7-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XXV tur
19 mart
15:00. “Karvan-Yevlax” – Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı minimal hesabla üstələyib – 1:0.

















