Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası 2027 Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Yığmamız E qrupu çərçivəsində Ukraynanı qəbul edəcək. Bakı İdman Sarayında baş tutacaq oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, buna kimi seçməmiz ilk qarşılaşmada Ukraynaya uduzub. Azərbaycan Bolqarıstan və Monteneqro ilə hər iki dueldən də məğlub ayırılıb.