Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında çıxış ediblər.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərlik etdiyi Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kollektiv II liqada mübarizə aparıb.

Komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yeri tutub.

Yarışın növbəti turunun oyunları mayın 28-31-də baş tutacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Superliqaya vəsiqə qazanacaqlar.