Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunun finalına yüksəlib.
Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer və Tatyana Deniskinadan ibarət yığma yarımfinal mərhələsində ABŞ seçməsi ilə üz-üzə gəlib və 22:20 hesablı qələbə qazanıb.
Azərbaycanın həlledici oyunda rəqibi Kanada və Niderland kollektivlərindən biri olacaq.












