Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Yığma səfərdə Monteneqro ilə üz-üzə gəlib və 35:94 uduzub.

Buna kimi Azərbaycan millisi Bolqarıstana hər iki qarşılaşmada (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

Komandamız martın 17-də evdĕ Ukrayna ilə üzləşəcək.