UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. “Bolonya” – “Roma” duelində qalib müəyyənləşməyib . “Selta Viqo” və “Lion” kollektivləri də heç-heçəyə razılaşıb. “Ferentsvaroş” “Braqa”nı 2 cavabsız qolla üstələyib. “Aston Villa” səfərdə “Lill”i, “Genk” isə evdə “Frayburq”u minimalhesablı məğlub edib. “CBC Sport”la canlı yayımlanan matçlarda “Nottinqem Forest” gözlənilmədən “Midtyullan”a uduzubsa, “Portu” “Ştutqart”dan güclü olub.
“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) – 0:1
“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya) – 1:2
“Bolonya” (İtaliya) – “Roma” (İtaliya) – 1:1
“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya) – 1:0
“Selta Viqo” (İspaniya) – “Lion” (Fransa) – 1:1
“Nottinqem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka) – 0:1
“Genk (Belçika) – “Frayburq” (Almaniya) – 1:0
“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya) – 2:0
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra təşkil ediləcək.












