U-23 Avropa çempionatının 4-cü günündə iki qadın güləşçimiz həlledici görüşdə qüvvəsini sınayıb. 59 kq-da Günay Qurbanovanın belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən Avropa çempionu olub.
Finala vəsiqə qazanan digər təmsilçimiz – 55 kq-da Gültəkin Şirinova isə macarıstanlı Gerda Terekə uduzaraq yekunda gümüş medalla kifayətlənib.
Ötən gün eyni zamanda 3 çəkidə – 53, 62 və 72 kq-da mübarizə aparan qadın güləşçilərimiz xalçaya çıxıb.
53 kq-da Nərgiz Səmədova yarımfinala qədər uğurla irəliləsədə, burada ukraynalı Anastasiya Polskaya məğlub olub. Həmyerlimiz bu gün bürünc medal uğrunda görüşdə türkiyəli Şevval Çayırla üz-üzə gələcək.
62 kq-da Ruzanna Məmmədova Bolqarıstan təmsilçisi Fatma Şabanla türkiyəli Gülsüm Bingölə 11:0 qalib gəlib. Məmmədova yarmfinalda fransalı İris Tiabonu isə sonuncu xal prinsipinə əsasən üstələyib. Ruzanna bu gün finalda rusiyalı Amina Tandelovayla qarşılaşacaq.
72 kq-da Zəhra Kərimzadə ilk mərhələdə bolqarıstanlı Daniyela Brasnarovaya son xal prinsipinə görə məğlub olub.












