Qadın voleybolçuların Azərbaycan Yüksək Liqasında XVII turu başa çatıb.

“Gənclər”lə qarşılaşan “Abşeron” 3:0 hesablı qələbə qazanıb. “Turan” isə “Azerrail”i 3:0 məğlub edib.

Hazırda 42 xalı olan “Turan” turnir cədvəlinin lideridir. İkinci “DH Volley”in 37, üçüncü Milli Aviasiya Akademiyasının 30 xalı var.