“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.
Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər bu proqrama qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası tərəfindən tanınan beynəlxalq rəsmi lisenziyası ilə təltif edəcək.
Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən “Formula 1” üzrə Qran-prilər və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.













